Keçmiş nazir xəstəxanalıq oldu

Bu gün 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, modern.az saytı bildirir ki, o, səhhətində yaranan problemə görə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Nicat Quliyev 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il azadlıqdan məhrum olunub.

O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. …read more

From:: ANS