İki tanınmış azərbaycanlı qadından möhtəşəm addım (FOTO)

İş xanımı kimi tanınan Ruhi Əliyeva və modelyer Afaq İsmayılzadə birgə xeyriyyə tədbiri təşkil edilər. ANS PRESS-in məlumatına görə, xanımlar ürəyində dəlik olan 1 yaşlı Nihad Ağazadənin əməliyyatı üçün vəsait toplayıblar.

Gecə xeyriyyə məqsədi daşısa da, maraqlı məqamlarla da yadda qalıb. Məclisdə tanınmış ifaçılar, xalq artisti Brilliant Dadaşova, müğənnilər Zamiq Hüseynov və Günay İbrahimli iştirak ediblər.

Mərasimin daha bir maraqlı tərəfi də Afaq xanımın yeni libaslarının nümayişi idi. Modelyer xüsusi ilə uşaqlar üçün hazırlanmış yeni kolleksiyasını təqdim edib və aksiya keçirilib. Nümayiş olunan libaslar qonaqlar tərəfindən alınıb, yığılan məbləğ də körpənin əməliyyatına sərf olunub.

Bir-birindən gözəl uşaqlar libasları nümayiş etdirmək üçün podiuma çıxıblar. Onların görünüşləri üzərində Afaq və Ruhi xanımdan başqa stilist Səma da çalışıb.

Tədbirin sonunda balacalar Avropa Oyunalarına həsr olunmuş nömrə ilə çıxış etdilər. Onlar estrada ulduzu Röya Ayxanın “Avropa Oyunları” adlı mahnısını adıçəkilən mövzuya uyğun geyimdə rəqs ediblər.

…read more

From:: ANS