Prezident Rabbi Mark Şnayeri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayeri qəbul edib.

ANS PRESS-in məlumatına görə, Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer Azərbaycanda gedən ümumi inkişaf proseslərinin maraqla izlənildiyini, Bakıda gördüklərinin onda dərin təəssürat yaratdığını bildirib. O, Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi təşkilatın maraqlı olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada multikulturalizm ənənələrinin yaşadılmasına mühüm töhfə olduğu bildirilib, onun mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulanıb. Bu tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın güncləndirilməsi işinə töhfəsi kimi qiymətləndirilib. …read more

From:: ANS