Qadın polisə toxundu, həbsə düşdü

Dubayda qazaxstanlı turist polisə toxunub deyə həbs edilib. ANS PRESS-in məlumatına görə, qazaxstanlı kişi yolu soruşmaq üçün qadın polisə yaxınlaşıb. Mühafizə orqanı əməkdaşları isə elə biliblər ki, turist gənc polisə sataşıb.

Lakin həbs edilən turist günahkar olmadığını iddia edir. “Mən ona sataşmırdım. Sadəcə əlimlə çiyninə toxundum ki, yolu soruşum. Heç bir başqa niyyətim yox idi”, – deyə turist ifadəsində bildirib. 21 yaşlı qız – polis həmin kişinin hansı dildə danışdığını anlamadığını deyib.

“Mən onun hansı dildə danışdığını anlamadım. O, mənim əlimdən dartdı. Bundan sonra ondan xahiş etdim ki, mənimlə polis bölməsinə gəlsin. İmtina edəndə öz həmkarlarımı çağırdım. Onlar polis vəsiqələrini göstərsələr də, adam yenə getmək istəmədi. Buna görə də həmin turisti həbs etməli oldular”.

Məhkəmənin qəraraı ilə turist 3 aylıq həbs cəzası alıb. Bundan başqa o, 500 dollar məbləğində cərimə də ödəməlidir. Qazaxstanlı adam yalnız həbs cəzası bitəndən sona ölkəsinə gedə biləcək. …read more

From:: ANS