Buraxılış imtahanlarının vaxtı bilindi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 və 11-ci siniflər üçün buraxılış imtahanlarının tarixlərini açıqlayıb.

ANS PRESS-in komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ilk imtahan iyunun 2-də, sonuncu isə iyunun 16-da keçiriləcək.

Belə ki, buraxılış imtahanları iyunun 2-də Bakıda,

İyunun 6-da Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt, Abşeron,

İyunun 11-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən,

İyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Füzuli, Beyləqanda olacaq. …read more

From:: ANS