Mer: Jurnalistlərin ipini çəkin

Ermənistanın üçüncü şəhəri sayılan Vanadzorun (Qara Kilsə) meri sərsəm təkliflə çıxış edib və ölkənin baş nazirini jurnalistlərin ipini çəkməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “Jamanak” qəzeti yazıb.

Mer Samvel Darbinyan Loriyski vilayət administrasiyasında keçirilən müşavirənin gedişatında şok təkliflə çıxış edib. O, ölkənin baş naziri Ovik Abramyana müraciət edərək, yerli jurnalistlərin ipini çəkməyin vaxtının çatdığını söyləyib və deyib: “Ancaq bundan sonra “büdcəni doldurmaq” mümkün olacaq.

Qəzet yazır ki, Samvel Dabrinyan hökumət başçısına başqa çağırışla da müraciət edib. O, baş nazirə yerli jurnalistlərə meriyanın fəaliyyəti haqqında yazmağı qadağa qoymasını xahiş edib. Onun sözlərinə görə, bu addım ona şəhər büdcəsinə maliyyə axınlarını təmin etmək imkanı verəcək.

Göründüyü kimi, bu ölkədə hələ çox belə mənzərələrin şahidi olacağıq. Diktator eşqi ilə yaşayan mer maliyyə fırıldaqlıqlarını ört-bastır etmək üçün “dolya” verdiyi baş nazirə şikayət edir. Yəni, o, ölkəsinin jurnalistlərini “sümsük itə” bənzədir və onların əl-ayağına dolaşmamaq üçün daydayısı Ovikdən kömək istəyir. Görünən odur ki, bu ölkədə hakimiyyətdə olan şəxslər onların maxinasiyalarının üstünü açan jurnalistələri susdurmaq üçün tərkibində amansız metodların, təhqirlərin də olduğu yeni vasitələrə əl atır. …read more

From:: ANS