Restoranda atışma: ölənlər var (FOTO)

ABŞ-ın Texas ştatında baykerlər arasında silahlı atışma olub.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Yerli polisin yaydığı məlumatda bildirilir ki, qruplar arasında mübahisə restoranda başlayıb.

Yumruqla başlayan dava restoranın bağçasında silahlı atışmaya çevrilib. Mübahisə zamanı bıçaq və güllə yarası alan yaralılar xəstəxanaya aparılıb.

Polis silahlı atışmanın olduğu restoranın bağçasından yüzdən çox giliz toplayıb. Yenidən belə bir hadisənin baş verməsinin qarşısını almaq üçün mühafizə orqanları bölgədə təhlükəsizlik tədbirlərini artırıb.

…read more

From:: ANS