Tanınmış aktyor rəssamlığa başladı

Hollivudun məşhur ulduzu, “Rembo”, “Rocky” və s. filmləri ilə şöhrət əldə edən aktyor Silvester Stallonenin rəsm sərgisi açılıb.

ANS PRESS-in məlumatına görə, 1975-ci ildən həvəskar rəssamlıqla məşğul olan aktyorun əsərləri “Həqiqi Sevgi” adlı sərgidə nümayiş olunur.

Keçən il bu vaxt həmkarlarının “Cəhənnəm mələkləri-3” filminin təqdimatı üçün Fransanın Kann şəhərində olduğu aktyora xatırladılıb və bu sərginin Kanın yaxınlığındakı Nissa şəhərində baş tutmasının səbəbləri soruşulub.

Stallone isə bunun sadəcə bir təsadüf olduğunu qeyd edib. Sərginin açlışından sonra aktyor şəhər rəsmiləri ilə şam yeməyi yeyib.

Sənət tənqidçiləri isə Stallonenin əsərlərində çəkildiyi rolların izi olduğunu bildiriblər.

Bundan əvvəl aktyorun Mayamidə, Floridada, həmçinin İsveçrədə rəsm sərgiləri baş tutub. Rəssam Rembonun çəkdiyi həvəskar rəsmlər 50 ilə 150 dollar arasında satılıb. …read more

From:: ANS