Döyüşlər qızışdı, böyük köç başladı (VİDEO)

“İŞİD” qruplaşması ilə İraq ordusu arasında gedən döyüşlər yenidən kəskin hal almağa başlayıb. Bu dəfə İraq bu döyüşlərdən çox Ramadi şəhərinin dəhşətlərindən qaçmağa və Bağdada sığınmaq istəyən insanların paytaxta buraxılmaması ilə gündəmə gəldi.

ANS TV-nin məlumatına görə, İraq ordusu ilə “İŞİD” silahlıları arasında gedən döyüşlər Ramadi şəhərinin əhalisini öz yaşayış yerlərini tərk etməyə məcbur edib.

Yüzlərlə sakin sığınacaq üçün paytaxta Bağdada üz tutub. Lakin, güllə yağışından canlarını götürüb qaçanları təhlükəsizlik qüvvələri nə Bağdada, nə də ətraf ərazilərə buraxmayıb.

Qaçqınlar Bağdad şəhərindən 65 kilometr məsafədə Fərrat çayı sahilində saxlanılıb.

Ənbar əyalətinin qubernatoru bu hadisə ilə Bağdada gedərək ölkə rəsmiləri qaçqınların təhlükəsiz bölgələrə buraxılması məqsədilə danışıqlar aparıb.

İraqın qərbində Ənbar əyalətinin mərkəzi olan Ramadi şəhərini böyük hissəsin bir neçə gün əvvəl “İŞİD” silahlılarını nəzarətinə keçmişdi.

…read more

From:: ANS