37-dən təxirə salınmış məhkəmə (VİDEO)

ANS-in reytinqi aşağı, başı yuxarı verilişlərindən birinin – “Şəxsiyyət Vəsiqəsi”nin müəllifi Həmid Herisçini məhkəməyə verirlər. Özü də Mircəfər Bağırovun adından. Və Həmid Herisçini məhkəməyə Bağırova görə elə Bağırov verir. Seyidməhəmməd oğlu Məmmədtağı… Mircəfər Bağırovun şərəf və ləyaqətini təhqir etdiyinə görə…

Təbii ki, 37 demək istəməzdim, amma hara fırlayırsan fırla burda söhbət söz azadlığına təzyiqdən gedir və Azərbaycanın düşmənlərinin Azərbaycana belə maraqla və marıqda baxdığı bu xüsusi günlərdə bu əhvalat heç yerinə düşmür.

Əvvəla jurnalistin söz azadlığı var və o istənilən mövzuya da azad şəkildə toxuna bilər. İkincisi də, ay Seyid Məmmədtağı, ay sənin cəddinə qurban, bəyəm Mircəfər Bağırov Yasamalda Sülh Göyərçinləri uçururdu? Bəs onda 37-ci ildə güllələnən, milçək kimi qırılan, həbs edilən, sürgünlərdə çürüdülən insanlarımızı kimin babalına yazaq. Bağırov Tereza ata idi? Və ya belə idisə, onda niyə özünə ən ağır cəza istəyirdi və tələb edirdi ki, onu şaqqalasınlar?

Mircəfər Bağırov öz günahının ağırlığını gözəl başa düşürdü. Əlbəttə, rejimin qurbanı idi deyib üstündən keçmək də olar. Amma onunla bir zamanı yaşayıb bir rejimi bölüşmək istəməyən başqaları da olub axı. Elə həmin sürgünlərdə çürüyənlərin özləri kimi. Onlar iddia edildiyi kimi rejimə qarşı çıxmırdılar, sadəcə həqiqəti demək istəyirdilər. Amma Bağırov körpüsü ilə Mircəfər özünü onlardan ayırdı. Və elə burdaca onun 21-ci əsrdəki ardıcıllarının bəraət çıxışlarının monoton səsi qulağıma gəlir.

“Əşşi kim idi e Bağırov. Stalinin iradəsinin icraçısı idi də…”Amması Mircəfər Bağırov təkcə icraçı deyildi, həm də və bəzən daha çox təşəbbüskar idi, özü yazırdı, özü istəyirdi ki, ona daha çox adam məhv etməyə icazə verilsin?! Özü… Onda kimsə deyəcək ki, hə də təşəbbüs göstərirdi ki, onun özünü repressiya etməsinlər. Bax bu artıq adamın vicdan seçimi idi. Mən başa düşürəm, uzun zaman keçib, o vaxtdan bu yana çox qanlar axıb, bəlkə də kimlərsə Mircəfər Bağırovu qandan təmizləmək, onu tarixə yarpıza büküb təhvil vermək istəyir. Amma bu lazımdırmı?…

Ermənilər nasistlərə, faşistlərə, Hitlerə nökərçilik etmiş universal bezlərini təbliğ …read more

From:: ANS