Bakı metrosunda biabırçılıq

Bu gün səhər saatlarında Bakı metropolitenində qadınlar əlbəyaxa davaya çıxıblar.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə metronun “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyasına gedən zaman baş verib.

Belə ki, “20 yanvar” stansiyasında qatara minərkən basabas düşüb. Basabas zamanı 30 yaşlı qadın 35 yaşlı qadını itəliyb. Qatarın qapıları bağlanan zaman isə ayağını tapdalayıb. 35 yaşlı qadın isə bunun müqabilində həmcinsini küçə söyüşü ilə söyüb.

Gözlənilmədən əxlaqsız kəlmə işlədən qadın digər sərnişinlərin qınağına səbəb olub.

Qatar “İnşaatçılar” stansiyasında dayanan zaman söyülən qadın həmcinsinin üzünə sillə ilə vurub. Bundan sonra hər iki qadın əlbəyaxa olublar.

Sərnişinlər onları ayırıblar. 35 yaşlı qadın xanıma yaraşmayan ifadələrini işlətməkdə davam edib. Sərnişinlərin köməyilə qadını qatardan düşürdüblər.

Digər dava iştirakçısı isə qatarla gedib. …read more

From:: ANS