Aygün Kazımova barəsində bəzi faktlar üzə çıxdı (VİDEO)

Hazırda Kipr Türk Cümhuriyyətində yaşayan bəstəkar Cavanşır Quliyevin xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı videosu yayılıb. ANS PRESS-in məlumatına görə, 2001-ci ildə ANS TV- də Rahib Azərinin aparıcısı olduğu verilişdə qonaq olan bəstəkar bunları deyib:

“Aygünü mən çox istəyirəm. Çünki Aygündə mən elə bir insani keyfiyyətlər görmüşəm ki, bütün məsuliyyətimlə bəyan edirəm ki, heç bir müğənnidə elə keyfiyyətlər görməmişəm. Bir hadisə danışım. İstanbulda “Asiyanın səsi” müsabiqəsində Aygün mükafat aldı. Mükafatın pul hissəsi də varrdı. Səhnədə qalibə mükafatla bərabər pul çeki də verdilər. Aygün qəbzi alıb səhnə arxasına keçəndən sonra məndən soruşdu ki, “Hardadı sənin qızın?”. Mənim qızım İstanbulda olduğu üçün, həmin gün Aygünün ətrafında dolanırdı, səhnəyə çıxmaqda ona yardım edirdi. Dedim “Neyləyirsən qızımı?”. Cavab verdi ki, “Çağır bura uşağı”. Çağırdım, Aygün pul mükafatının qəbzini qızıma verib, “Bu da sənin məktəbinin bir illik maliyyəsi” dedi.

Heç kəs bunu onun yadına salmamışdı. Məsələ o pulda da deyildi, məsələ onda idi ki, o haray- həşirdə, o müsabiqədə, o konsertdən sonrakı hadisələrdə Aygün onu yadında saxladı və bunu etdi. Bu Aygünün insani keyfiyyətlərindən xəbər verir. Aygün bir çox insanlara qarşı buna bənzər addımlar atıb. Mən bunu bilirəm, belə şeyləri açıqlamazlar. Mən özümə elədiyi üçün bunu deyirəm.

Bu mənada bəzi tamaşaçılar ola bilsin Aygünü, yəni əsl Aygünü tanımırlar. Onun səhnə həyatı, artist həyatı başqadı, insani həyatı tamam başqa”

Xatırladaq ki, 1996-cı ildə Aygün Kazımova “Türkvizyon” müsabiqəsinə qatılmış və orada birinci yerə layiq görülmüşdü.

…read more

From:: ANS