Oliqarx məmurların Bakıdakı villaları belə söküldü (FOTO)

Bir çox məmur və oliqarxların Bakının Səbayel rayonunda, Salyan şosesi, 37 ünvanındakı villalarının söküntüsü prosesi praktiki olaraq başa çatıb.

ANS PRESS-in məlumatına görə, Virtualaz.org saytının reportyor qrupu bu gün səhər saatlarında söküntü işləri aparılan ərazidə olub və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) həmin əraziyə cəlb etdiyi xüsusi texnikanın məmurların “əziyyətlə” tikib başa çatdırdığı mülkləri necə sökməsini əyani şəkildə izləyib.

Öncə onu qeyd edək ki, dəbdəbəli villaların söküntüsü aparılan ərazidə BŞİH nümayəndələri də vardı. Hər halda həmin şəxslər özlərini meriyanın nümayəndələri kimi təqdim etdilər. Lakin mətbuatla hər hansı ünsiyyətdən qəti şəkildə imtina etdilər. Bundan əlavə, onların mətbuat təmsilçilərinə münasibəti də aqressiv oldu.

“Burada nə işiniz var?! Burada çəkiliş aparmaq olmaz. Biz sadəcə rəhbərliyin göstərişini yerinə yetiririk. Sizə müfəssəl məlumat lazımdırsa, BŞİH-ə müraciət edin. Biz sizə heç nə deməyəcəyik” – deyə söküntü işlərinə rəhbərlik edən “başçı” bildirdi.

Lakin müxbirlərimiz villaların söküntüsü prosesini izləyən yerli sakinlərdən bəzi məlumatlar əldə edə bilib. Onlardan birinin sözlərinə görə, bu villalar dövlət başçısının göstərişinə uyğun olaraq sökülür.

“Bəzilərinin dediyinə görə, bu malikanələr velotrekin görünüşünə mane olur. Digərləri deyir ki, bu villalar qanunsuz tikilib, mülk sahiblərinin heç bir sənədi yoxdur. Bura srağagündən texnika töküblər, həmin gündən söküntü gedir. Bu elitar mülklərin heç birinin sahibi hələ bura gəlməyib, villasının taleyi ilə maraqlanmayıb. Söküntü dünən demək olar ki, tama başa çatıb, amma villa sahiblərindən heç kimi burada görən yoxdur. Yəqin bu villalar həmin adamlardan ötrü xırda şeydir. Görünür, onlar həddən artıq böyük adamlardır, veclərinə də deyil. Biz heç həmin sökülən mülklərin kimə məxsus olduğunu da bilmirik” – deyə sakinlərdən biri bildirdi.

Qonşuluqda yaşayan digər sakinin sözlərinə görə, bu ərazidə 1 sot torpağın qiyməti 30 min manatdan başlayır. Heydər Əliyev parkına doğru irəlilədikcə torpağın qiyməti də artır.

“Oliqarxlar burada böyük torpaq sahələri almış və villalar tikməyə başlamışdılar. Məsələn, baxın, burada 5 mərtəbəli nəhəng malikanə var idi. Dünən sökdülər. Sahibinin isə heç vecinə də olmadı. Adam bura heç ayağını …read more

From:: ANS