İrəvanın qara sabahı

Serjik, çıx get! İrəvanın və Ermənistanın digər şəhərlərinin sakinləri bu gün tələblə etiraz yürüşünə çıxıblar.

Parlamentin üç müxalifət partiyası tərəfindən çağırılmış etiraz aksiyası xüsusi olaraq dekabrın 10-da qeyd edilən Beynəlxalq İnsan haqları gününə həsr edilib.

Yerli mətbuatın yazdığına görə, bu gün Ermənistanda insanların heç bir hüququ yoxdur, burada yaşamırlar, ancaq sürünürlər. İrəvanda dərc olunan “Çorrord işxanutyun” qəzeti yazır ki, son 4 ildə respublikada həyat 20 faizdən artıq bahalaşıb, özü də bu, rəsmi göstəricilərdir. Əgər düzgün hesablama aparılarsa, bu rəqəm dəfələrlə böyük olar.

Milli valyuta dramın kəskin ucuzlaşması, maaşların verilməməsi, işsizlik, qiymətlərin bahalaşması – bütün bunlar qəfil qar üçqunu kimi Ermənistan sakinlərinin başına enib. Buna görə, onların əsas tələbi – ölkə rəhbərliyinin dəyişdirilməsidir.

Hakimiyyətdə olanlar da bu X gününə hazırlaşırlar. Birdən məlum oldu ki, mütəmadi olaraq ölkə hakimiyyətini tənqid edən eks-prezident Levon Ter-Petrosyan bu etiraz aksiyasında iştirak etməyəcək. Bu azmış kimi, Ermənistanın ən varlı adamı, “Çiçəklənən Ermənistan” partiyasının lideri, ölkə başçısı olmağa iddialı Sarukyan da bu yürüşə qatılmayacaq. Səbəb aydın deyil. Yəqin hakimiyyətdəkilər onu fikrindən daşındırıblar. Özü də, bəzi erməni qəzetləri yazır ki, Sarukyan indiki baş nazirin yaxın qohumudur. Necə deyərlər, it itin ayağını basmaz.

Amma çox partiyalar artıq yürüş-mitinqdə iştirak edəcəklərini bəyan ediblər. Bundan başqa, bir sıra ekspertlər hesab edirlər ki, Ermənistan prezidentinin istefasını sürətləndirmək üçün etiraz aksiyalarını hər gün keçirmək lazımdır. …read more

From:: ANS