İrina Bokova Fəxri xiyabana getdi

Ölkəmizdə səfərdə olan UNECKO-nun baş direktoru xanım İrina Bokova mayın 17-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Xanım İrina Bokovanı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov müşayiət ediblər.

İrina Bokova Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında 2015-ci ilin 18-19 may tarixində keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. …read more

From:: ANS