Xalq artistinin Ağdamın “Çay Evi”ndə sefisi (FOTO)

Azərbaycanlı xanəndə doğulduğu rayonda yaddaqalan “selfie” çəkdirib.

ANS PRESS-in məlumatına görə, ötən günlərdə istifadəyə verilən Ağdam rayonundakı məşhur “Çay evi”nin bənzərinin açılışında Xalq artisti Mənsum İbrahimov da iştirak edib.

Açılışa dəvət olunan sənətçilərlə yanaşı, onun üçün də əlamətdar olub. Belə ki, Ağdam rayonda doğulub boya-başa çatan xanəndə yeni “Çay Evi”nə qalxaraq, orada “selfie” çəkdirib və o anı tarixə həkk edib.

Qeyd edək ki, vaxtilə Ağdam şəhərinin mərkəzində ucaldılan və rayonun memarlıq nümunələrindən hesab edilən, 1993-cü ildə isə ermənilər tərəfindən yandırılaraq məhv edilən çay evinin bənzəri ötən günlərdə istifadəyə verilib.

26 iyul 1986-cı ildə inşa edilən məşhur çay evinin bənzərinin bu gün Quzanlıda tikilməsinin ağdamlılar üçün xüsusi əhəmiyyəti var.

…read more

From:: ANS