Bakıda 67 yaşlı kişi evində ölü tapıldı

Bakı şəhərində mənzildə meyit aşkarlanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, patyaxtın Xətai rayonunda mənzildə 1948-ci il təvəllüdlü Zamanov Eduard Yusif oğlu bağlı qapı arxasında qalıb.

FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

E.Zamanovun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:55-də başa çatıb. …read more

From:: ANS