Roma Papası İsraili yenə hirsləndirdi

Roma Papası Fransis Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

ANS PRESS-in məlumatına görə, Vatikanda 20 dəqiqə sürən görüş zamanı Roma Papası Abbası “sülh mələyi” adlandırıb.

Tərəflər Vatikan və Fələstin dövləti arasında Fələstində katolik kilsəsinin fəaliyyəti də daxil olmaqla müxtəlif sahələri əhatə edən sazişin mətni ilə əlaqədar razılığa gəldiklərini bildirib.

Lakin Sazişlə bağlı xəbərlər İsrail tərəfindən qəzəblə qarşılanıb. İsrailin verdiyi bəyanatda bu kimi inkişafların sülh prosesinə xidmət etmədiyi və Fələstin rəhbərliyini birbaşa danışıqlara müzakirələrə qayıtmasını çətinləşdirdiyi qeyd edilib.

Roma Papası və Fələstin prezidenti Yaxın Şərqdə ədalətli və davamlı sülhə nail olmaq üçün İsraillə sülh prosesi və İsrail və Fələstin arasında birbaşa danışıqların bərpa edilməsinin mümkünlüyü məsələsini də müzakirə edib. Onlar eyni zamanda Yaxın Şərq regionunda münaqişələrə diqqət yetirərək, terrorizmə qarşı mübarizənin və dinlərarası dialoqa ehtiyacın əhəmiyyəti bird aha vurğulayıblar.

Qeyd edək ki, Prezident Abbas 19-cu əsrin iki din xadimi olan Mariam Bavardi və Mariya Alfonsin Qattasın müqəddəsləşdirilməsi mərasiminə qatılmaq üçün Romada səfərdədir. Bu, Xristianlığın yarandığı ilk dövrlərdən sonra Yaxın Şərq regionundan müqəddəslik statusuna yüksəldilmiş ilk din xadimləridir. …read more

From:: ANS