Bakıda tələbə bıçaqlandı

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Nadir Əhmədov küçəsi – 26 ünvanında yerləşən 64 saylı orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Əliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 18 yaşlı Elmar Novruzovu bıçaqlayıb. E.Novruzov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şahin Əliyev tutulub.

Xətai rayon Polis İdarəsindən bildiriblib ki, Elmar Novruzovun Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbəsidir. …read more

From:: ANS