Elza Seyidcahan: “Allahla mesajlaşıram” (MƏKTUB)

Əməkdar artist Elza Seyidcahan Allaha yazdığı məktubu dənizə atmaq fikrindən daşınıb. ANS PRESS-in məlumatına görə, bu barədə lent.az-a ifaçının özü məlumat verib.

O, bildirib ki, daha Allaha məktub yazmır: “Neçə il idi ki, Allaha məktub yazırdım. Allaha sonuncu məktubum 2007-ci ildə olub. O vaxtdan bəri yazmıram. Çünki yazacaqlarım bitdi. Allaha yazdığım məktubların sayı-hesabı yoxdur. İndi hər gün ruhum vasitəsilə Allahla mesajlaşıram. Ruhumla Allah arasında bir kontakt var. Onlar bir-birinə qaynaq olub. İçimdə nə olursa, birbaş ona (Allahı nəzərdə tutur) ötürülür. Məni hər şeydən xəbərdar edir. Birdən özümdə nə isə hiss edirəm, bədənimə vəsvəsə gəlir, tüklərim biz-biz olur”.

E.Seyidcahan iddia edib ki, Allah ona bu və ya digər yolla informasiya ötürür: “Bəzən yolda gedirəm və görürəm ki, zahirən eybəcər bir insan kənarda dayanıb. Öz-özümə deyirəm ki, “Nə olsun, bəlkə də onun içində bir aləm var?”. O dəqiqə içimdə bir titrətmə olur. Allah da cavab verir ki, “Hə, sən düz tutdun”. Bəzən nəyisə arzu edirəm, Allah mənə cavab verib deyir ki, “Hə, bax sən məni anladın”. Hərdən fikirləşirəm ki, Allaha yazdığım məktubları dənizə atım, amma sonra deyirəm ki, yox atmayacam. Bu da bir tarixdir. Sabah kimsə inanmaz, göstərərəm. Allaha yazdığım məktubları indi bir çox rejissorlar ssenarilər yazmağa başlayıblar. Artıq bununla bağlı böyük bir layihədə həyata keçiriləcək. Tam açıqlamaq istəmirəm”.

…read more

From:: ANS