“Xəzər Lənkəran”la “Qarabağ” uddu

Bu gün Topaz Premyer Liqasında XXXIV tura yekun vurulub. ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə 3 matç baş tutub.

Tura “Xəzər Lənkəran” – AZAL oyunu ilə start verilib. Bir qolun vurulduğu matçda meydan sahibləri qələbə qazanıb. “Xəzər Lənkəran”a 3 хal qazandıran qola 82-ci dəqiqədə Rahid Əmirquliyev imza atıb – 1:0.

Turun son iki oyunu, həm də həlledici qarşılaşmaları eyni saatda – 20.00-da başlayıb. Mərkəzi oyunda son 10 oyunda 9 qələbə qazanıb, 1 heç-heçə edən “Qəbələ” çempionluq şansını qoruyan “İnter”i qəbul edib. Hesabı 5-ci dəqiqədə meydan sahiblərindən Aleksey Qay açıb. 27-ci dəqiqədə Asif Məmmədov bərabərliyi təmin edib. Bundan sonra oyunda qol vurulmayıb – 1:1. Bununla da “İnter” çempionluq şansını itirib.

Bu fürsətdən yararlanan “Qarabağ” “Sumqayıt”ı udaraq çempionluğu rəsmiləşdirib. Ağdam klubu “Bakcell Arena”dan 1:0 hesablı qələbə ilə ayrılıb. Matçın yeganə qoluna 33-cü dəqiqədə Leroy Corc imza atıb.

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və “Simurq” “Bakı”nı darmadağın edib – 4:0. “Neftçi” isə bu turda istirahət edib.

Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXIV tur

16 may
Xəzər Lənkəran – AZAL 1:0
Qol: Rahid Əmirquliyev, 82.
Qəbələ – İnter 1:1
Qollar: Aleksey Qay, 5 – Asif Məmmədov, 27.
Qarabağ – Sumqayıt 1:0
Qol: Leroy Corc, 33. …read more

From:: ANS