Bakıda “kitayski” gəlinlər (FOTO)

Avropa Oyunlarının başlamasına çox az günlər qalır. Bakıya gələn turistlərin sayı durmadan artır. Bununla bağlı Bakıya gələn turistlərin sayı artır. Gələnlərin çoxu paytaxtın gəzməli və tarixi abidələrilə zəngin olan İçərişəhərə axın edirlər. Gələnlərin ən çox satılan suvenirlər maraqlandırır.

Bəs gələn qonaqlar İçərişəhərdə satılan suvenirlərdən razıdırlarmı? Bu suala cavab tapmaq üçün ANS PRESS olaraq üz tutduq İçərişəhərə.

Müşahidələrimiz zamanı gördük ki, suvernirlər arasında Azərbaycana məxsus milli gəlinciklər, çalğı alətləri, milli geyimlər, baş örtükləri, Qız Qalasının kiçik maketləri, balaca muğam triosunun kuklaları, üzərində Bakının və İçəri Şəhərdəki tarixi binaların təsviri çəkilmiş qablar, fincanlar, təsbehlər, breloklar üstünlük təşkil edir.

Qeyd edək ki, qablar, fincanlar və bu kimi suvenirlər İçəri Şəhər Qoruq İdarəsi tərəfindən sifarişlə hazırlanır. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən təqdim edilir.

Şəhərin qonaqları təqdim edilən suvenirlərlə maraqlanırlar. Nigeriyadan gələn Hans deyir ki, onu ən çox Bakının rəmzlərindən olan “Qız Qalası” və nar maketi maraqlandırır.

Suvenir satan Fəxrəddin adlı küçə ticarətçisi isə bizə bu suvenirləri necə əldə etdiyindən danışdı: “Suvenirləri həm qoruq idarəsindən, həm də sənətkarlardan alırıq. Fərdi şəxslər və sənətkarlar öz əl işlərini gətirib verirlər”.

Qiymətlərə gəlincə, burada 8 manatdan 100 manata kimi əl işi olan suvenirlər də satılırdı. Milli gəlinciklər 8 manatdan başlayaraq 10-15 manata kimi, şarflar 6 manatdan 15 manata kimi. Lakin xaricdən gətirilən suvenirlər qiyməti 1 manat 50 qəpikdən başlayırdı.

Maraqıdır ki, ölkəmizin tarixini əks etdirən suvenirlərlə yanaşı, respublikamıza heç bir aidiyyatı olmayan geyimlər və papaqlar satılır. Bundan əlavə, satılan suvenirlərin istehsal yerilə maraqlananda, lap təəccübləndik. Çünki məhsulların çoxunun Çində istehsal olunduğunu öyrəndik.

Satıcının sözlərinə görə, adicə Qız Qalasının kiçik suvenirini Çindən sifariş edirlər: “Buradakıların çoxu xaricdən gəlir. Lakin milli gəlincikləri özümüz sifariş etmişik, çünki çinlilər onu heç cür hazırlaya bilmirlər. Çindən gətirdiyimiz suvenirlər buradakından 2 dəfə ucuz başa gəlir. Məsələn, Qız Qalasının balaca suvernirini burada bizə 1 man 50 qəpik və ya 2 manatdan aşağı verən olmaz. Çindən isə bunu 50 …read more

From:: ANS