Erməniləri sevən bakılı jurnalist (VİDEO)

Vyanada “Eurovision 2015”lə bağlı keçirilən mətbuat konfransında Azərbaycanı təmsil edən jurnalist hər kəsi təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, hadisə Ermənistanı təmsil edən “Genealogy” qrupunun keçirdiyi mətbuat konfransında baş verib.

Özünü tam təqdim etməyən, yalnız “Azərbaycandan Rəşad” kimi təqdim edən jurnalist ermənicə “barev, Hayastan”, yəni “salam, Ermənistan” deyib. Jurnalist daha sonra qrupun üzvü İnqa Arşakyana üz tutub və ikinci dəfə “Eurovision”a qatılmaqda özünü necə hiss etdiyini soruşub. İnqa da qayıdıb ki, bəs, 2009-cu ildə bacısı Anuşla çıxış edəndə həyəcanlı imiş, amma indi qrup üzvü kimi qorxmur. “Genealogy”nun 6 üzvündən yalnız İnqa Ermənistanda yaşayır, qalan dörd üzvü erməni olsa da müxtəlif qitələrdə yaşayırlar. Meri Cin O’Doerti isə ümumiyətlə avstraliyalıdır.

Məsələ, bunda deyil. Məsələ ondadır ki, Ermənistan Bakıda 2012-ci ildə “Eurovision” mahnı yarışmasına qatılmadı, bunun üçün cərimə ödəsə belə, bizim tədbiri tanımadığını bildirdi. Amma hansısa “Rəşad from Azərbaycan” ermənicə “barev, Hayastan” deyərək, erməni komandasına xal qazandırır. Görəsən, “Rəşad from Azərbaycan”ı bu tədbirə göndərən təşkilatçılar niyə ona bu gerçəyi anlatmayıblar?

…read more

From:: ANS