Sovet simvolları qadağan edildi (VİDEO)

Ukrayna prezidenti Pyotr Poroşenko “1939-1945-ci illərdə II Dünya Müharibəsində nasizm üzərində qələbənin əbədiləşdirilməsi haqqında” qanun imzalayıb.

ANS TV-nin məlumatına görə, qanuna əsasən, “Böyük Vətən Müharibəsi” termini “II Dünya Müharibəsi” termini ilə əvəz olunub. Həmçinin qanunla, Sovet rəmzlərindən istifadə qadağan edilir. Ukrayna Ali Radası bundan əvvəl, aprelin 9-da paytaxt Kiyevdə və digər şəhərlərdə Sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirə etmişdi. Kiyev şəhər soveti Ukraynanın Müstəqillik günü avqustun 24-dək binalardan, metro stansiyalarından və digər memarlıq obyektlərindən Sovet simvollarının yığışdırılmasına dair qərar qəbul edib.

2016-ci ilin 31 martına qədər sökülmüş kommunist simvollarının əvəzinə Kiyevdə Ukraynanın dövlət simvollarının qoyulması planlaşdırılır.

…read more

From:: ANS