İrəvanı titrədən yeni zəlzələ

Ermənistanda xalq küçələrə çıxır. Elektrik enerjisi tariflərinin qaldırılması geniş etiraz dalğasına səbəb ola bilər. Bu barədə İrəvanda çıxan “Haykakan jamanak” qəzeti yazır.

Nəşr bildirir ki, sosial şəbəkədə Azadlıq meydanına çıxmaq və yaranmış vəziyyəti müzakirə eləmək çağırışları yerləşdiriləndən sonra, ehtimal ediləndən çox adam toplaşdı. İnsanlar meydanda ölkə rəhbərliyi qarşısına hansı yeni tələblər qoymaq barədə ictimai müzakirələr apardılar. Daha sonra İrəvan küçələri ilə hərəkət edərək “Talana son!” şüarları səsləndiriblər.

Qəzet yazır ki, bunu elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı yeni xalq hərəkatının rəsmi başlanğıcı saymaq olar. Şübhə yoxdur ki, elektrik enerjisi qiymətlərinin kəskin sıçrayışı Ermənistanın, demək olar ki, bütün əhalisinin cibinə zərbə vuracaq.

Buna görə qəzet yazır ki, xalq etiraz hərəkatının gündən-günə nəzərəçarpacaq dərəcədə artmasını gözləməyə dəyər.

Gerçəkdən, Ermənistanın enerji təsərrüfatının həddindən böyük borcları var. Ancaq bir məsələ aydındır ki, borclar bu, sahəyə pis rəhbərlik, ən başlıcası ilə vəsaitlərin talan edilməsi və mənimsənilməsi nəticəsində yaranıb. Yəni ölkə əhalisinin heç bir günahı yoxdur.

Vətəndaşların yalnız bir günahı var ki, hökumət tarifləri mərhələ-mərhələ qaldıranda onlar etiraz aksiyalarına çıxmayıblar və cavab zərbəsi vurmayıblar. Ancaq “Haykakan jamanak” hesab edir ki, onların öz səhvlərini düzəltmək imkanı var.

Yerli ekspertlər artıq hesablayıb ki, tariflər qalxdıqdan sonra Ermənistanda yoxsulluq səviyyəsi bir neçə dəfə artacaq ki, bu da gözlənilməz nəticələrə gətirə bilər. …read more

From:: ANS