Dollar krediti açıqlaması

“Konstitutsiya Məhkəməsinin qərarı gözlənilən idi. Qərar hüquqi olsa da iqtisadi mahiyyət daşıyırdı. İqtisadi amillər hüquqi qərara təsir göstərdi”.

ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssis hesab edir ki, məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi.

İqtisadçının fikrincə, bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi: “Bunun zərəri əhali üçün indikindən dəfələrlə çox olardı. Ancaq bank sektorunun problemi bununla həll olunmayacaq. Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək”.

Samir Əliyev hesab edir ki, Mərkəzi Bankın timsalında hökumət banklara dəstək verməlidir. Əks təqdirdə vəziyyət daha da ağır ola bilər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib.

Qərarda deyilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki …read more

From:: ANS