İşləyən əlillər pensiyanı necə alacaq? (VİDEO)

Dövlət sosial müdafiə fondunun sədri Elman Mehdiyev Yevlaxda vətəndaşları qəbul edib.

ANS TV-nin məlumatına görə, sakinlərin müraciətləri əsasən sosial sığorta və pensiya təminatı ilə bağlı olub. Müraciətlər içərisində işləyən əlillərin pensiya məsələləri də üstünlük təşkil edib.

Belə ki, hazırda işləyən əlillər yalnız pensiyanın baza hissəsindən ibarət olmaqla təqaüd alırlar. Sığorta hissəsinin ödənişi isə aparılmır. Bu da vətəndaşların narazılığına səbəb olur.

Fond sədri bu kimi halların aradan qaldırılması üçün müəyyən addımların atılacağını bildirib:

“Pensiya islahatı konsepsiyası çərçivəsində hazıranan qanunvericiik layihəsində biz işəyən əillərin pensiya təminatı məsələsinə yenidən baxılmasını planlaşdırırıq. Yəni işləyən əlillərə pensiya təkcə baza hissəindən ibarət olmaqla deyil həm baza, həm də sığorta hissələrinin ümumi məbləği nəzərə alınmaqla vahid sığorta hissəsindən ibarət olaraq ödəniləcəkdir. Bu işləyən əlillərə digər işləyən yaşa görə pensiyaçılarla eyni hüquqların reallaşdırılması deməkdir”.

…read more

From:: ANS