Möhtəşəm atəşfəşanlıq oldu (VİDEO, FOTO)

Mayın 15-də Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Əllərində gül dəstələri, Azərbaycanın üçrəngli bayraqlarını tutmuş on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə çıxmışdılar.

ANS PRESS-in məlumatına görə, mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul etdi. Sonra 10 idmançı məşəl yürüşünə çıxdı. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəldilər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirildi. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırdı. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olundu.

Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Cəmi 24 illik müstəqillik tarixi olan bir respublikada belə bir möhtəşəm tədbirin keçirilməsi onun necə sürətlə inkişaf etməsinin göstəricisidir. İndi Azərbaycan təkcə neft ölkəsi kimi tanınmır. Azərbaycanın idman sahəsində qazandığı uğurlar onu deməyə əsas verir ki, respublikamız həm də idman ölkəsidir. İndi respublikamızda elə bir şəhər, rayon tapılmaz ki, orada ən müasir idman qurğuları fəaliyyət göstərməsin. Yaradılan bu şəraitdən bəhrələnən idmançılarımız yeni-yeni uğurlara imza atırlar. Onların arasında Gəncə idmançıları çoxluq təşkil edir. Təkcə keçən il gəncəli idmançılar dünya və Avropa yarışlarından Vətənə 142 qızıl, 73 gümüş, 104 bürünc medal gətiriblər. Cari ilin ötən üç ayında isə onlar keçən ilin müvafiq dövrü ilə müqayisədə uğurların sayını artıraraq, 38 qızıl, 30 gümüş və 22 bürünc medala sahib olublar. Hazırda bu qədim şəhərdə möhtəşəm bir idman obyektinin inşası da sürətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə Gəncə Olimpiya Parkının tikintisinə başlanılıb.

Alov festivalının sevincini yaşayan mədəniyyət işçisi Bəxtiyar Muradov AZƏRTAC-ın müxbirinə müsahibəsində dedi: “Birinci Avropa Oyunlarının keçirilməsi həm də ölkəmizə çoxlu …read more

From:: ANS