Azərbaycan filmi mükafat aldı

Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun “Nabat” filmi “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.

ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinə istindən məlumatına görə, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribüteri “Nasrine Medard de Chardon” ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna gəlib.

Mükafatı qəbul edən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib. …read more

From:: ANS