Avropada soyqırımdan danışıldı (FOTO)

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Surasının maliyyə dəstəyi ilə may ayının 14-də “Soyqırım həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Tarixdən silinməyən qanlı ləkə-soyqırım” adlı macar dilində hazırlanmış kitabın təqdimatını və soyqırım həqiqətləri ilə bağlı konfransı həyata keçirdi.

ANS PRESS-in məlumatına görə, konfransda Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri, Kral Atilla Universitetinin tələbələri, Yunus Əmrə Kültür İnstitutunun rəhbərliyi, yerli sakinlər və Macarıstanda yaşayan azərbaycanlılar iştirak edib.

Tədbiri açıq elan edən Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov iştirakçıların nəzərinə çatdırıb ki, bu layinə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. E. Salmanov bu tədbirin həyata keçirilməsində onlara dəstək olan UKİD (Beynəlxalq inkişaf və əməkdaşlıq təşkilatı) rəhbərliyinə, Yunus Əmrə Kültür İnstitutuna, Macar Azərbaycan Qardaşlıq Cəmiyyətinə və cəmiyyətin sədri Ramiz Əmirliyə öz dərin minnətdarlığını bildirib. E. Salmanov sonra sözü UKİD sədrinin müavini Şefiq Kantara verib.

Şefiq bəy Macarıstanda soyqırım həqiqətlərinin tanıdılması və tarixi həqiqətlərin tanıdılması baxımından çox mühüm olduğunu dilə gətirib. Sonra söz Macarıstanın Millət Vəkili Yobbik partiyasının sədri cənab Vona Qabora verilib. Vona Qabor öz çıxışında Ermənistanın təcavüzkar bir dövlət olduğunu, Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və 1milyondan çox insanın öz doğma vətənlərindən didərgin salındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq həmçinin uydurma erməni soyqırımı məsələsinə də toxunaraq bildirib ki, bu məsələ siyasətçilərin deyil, tarixçilərin araşdıracağı bir məsələdir. Vona Qabor Macarıstanın bir şəhəri ilə Gəncə şəhərinin qardaş şəhərlər elan edildiyini də dilə gətirərək, Şuşa şəhərinin qısa bir zamanda geri qaytarılmasını arzu edib. Sonra söz Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfri Vilayət Quliyevə verilib.

Vilayət müəllim tədbir iştirakçılarını salamlayaraq bu tədbirin keçirilməsinin çox əhəmiyyətli olduğunu qeyd edib. Səfir Macarıstanın millət vəkili “Yobbik partiyası”nın sədri cənab Vona Qabora etdiyi cəsarətli çıxışına və ədalətli mövqeyinə görə ona təşəkkürünü bildirib. Sonra söz Türkiyə Cümhuriyyətinin Macarıstandakı Fövqəladə …read more

From:: ANS