İsveçrədən ermənilərə şok!

İsveçrədəki erməni diasporunun Cenevrədə BMT-nin yaxınlığındakı “Ariana” parkında qodarma “soyqırımı” üçün abidə ucaltmaq tələbi qəbul edilməyib.

ANS PRESS-in məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyi “Erməni mədəniyyəti” dərnəyinin bu tələbinin qəbul olunmaması barədə qərarını Cenevrə kanton hökumətinə göndərib.

Nazirlik həmçinin, abidənin şəhərin başqa yerində ucaldılmasına icazə verə biləcəklərini də istisna etməyib.

Məlumata görə, Cenevrədə qondarma “soyqırımı” abidəsinin salınması barədə müzakirələr 7 ildir davam edir və Türkiyə Xarici İşlər Nazirliyi ilə İsveçrə XİN bunun olmaması üçün Cenevrə bələdiyyəsinə qarşı mübarizə aparır.

Bu layihəyə dəstək verən Cenevrə kanton idarəsinin sədri Fransua Lonqçamp abidənin diqqəti cəlb etməyəcək yerdə tikilməsini tələb etmişdi.

Qeyd edək ki, abidənin daha əvvəl şəhərin mərkəzində tikilməsi planlaşdırılmış, abidələrin mühafizəsi qurumunun vetosu ilə bu qərarın qarşısı alınmışdı.

Bu qərar ermənilərin etirazına səbəb olsa da Türkiyə diplomatiysı bu cəhdin qarşısını almaq üçün bələdiyyə, kanton, BMT və hökumətlə təmas qurmuşdu. …read more

From:: ANS