Azərbaycan klubu İranda tarix yaza bilmədi

İran çempionatında 2014/2015-ci il mövsümünə yekun vurulub.

ANS PRESS-in məlumatına görə, məhz son turda çempion komandanın adı məlum olub.

Son tura kimi lider olan Təbrizin “TraktorSazi” klubu öz meydanında “Naft Tehran”ı qəbul edib.

Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaqdı. Ancaq Təbriz təmsilçisi buna nail ola bilməyib. Hesabda 3:1 hesabı ilə irəlidə olan “TraktorSazi” üstünlüyünü sona kimi qorumağı bacarmayıb. 64-cü dəqiqə erməni Teymuryan komandanı azlıqda qoyub və qalan dəqiqələrdə klub iki qol buraxıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Bu nəticə ilə xalını 58-ə yüksəldən “TraktorSazi” turniri ikinci pillədə başa vurub.

Son turda doğma meydanda “Saypa”ya 2:0 hesabı ilə qalib gələn “Sepahan” 59 xalla İran çempionu olub. “Naft Tehran” isə turniri üçüncü pillədə başa vurub.

İran çempionatı

20:00 “TraktorSazi” – “Naft Tehran” – 3:3
Qollar: Ezzati, 4 (0:1), Eder Luçano, 37 (1:1),Teymuryan, 45+1 (2:1), Fərid Kərim, 62 (3:1), Padovani, 77 (3:2), 81 (3:3)

Qırmızı vərəqə: Teymuryan, 64 (“Traktor Sazi”) …read more

From:: ANS