Kosovo Olimpiya Oyunlarında

Kosovo komandası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tam üzvü olduqdan sonra 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında mübarizə aparacaq.

ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı Monte Karloda keçirilmiş BOK iclasında Kosova, 205-ci milli Olimpiya komitəsi kimi təsdiqlənib.
Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan etsə də, Serbiya hələ də Kosovonu dövlət kimi tanımır.

Serbiya Olimpiya komitəsi Kosovonun oktyabr ayında Beynəlxalq Olimpiya Komitəsində müvəqqəti tanınmasına da etiraz etmişdi.

Kosovo BMT üzvü olan 193 dövlətdən 108-i tərəfindən ölkə kimi tanınır və altı Olimpiya idmanı federasiyasının tam üzvüdür.

BOK Kosovo məsələsini beş il bundan əvvəl nəzərdən keçirməyə başlayıb, lakin komandanın 2012-ci il Londonda keçirilmiş Olimpiya Oyunlarında iştirak üçün sorğusu rədd edilmişdi.

“Kosovonu və bütün idmançıları təbrik edirəm. Bayrağımız Rioda keçiriləcək Olimpiya Oyunlarında dalğalanacaq və onu Majlinda (Kosovalı xanım cüdoçu) daşıyacaq “- deyə baş nazir Haşim Thaci qərarla bağlı fikrini bildirərkən deyib. …read more

From:: ANS