Arvadını güllələdi, sonra isə …

Italiyanin Neapol şəhərində naməlum şəxs öz eyvanından küçədəki insanlara atəş açıb.

ANS PRESS-in məlumatına görə, bu haqda “La Stampa” qəzeti xəbər verib.

Dəqiqləşdirilmiş məlumatlara görə, bir nəfər əvvəlcə tüfəngindən öz həyat yoldaşına atəş açıb, daha sonra eyvandan küçədəki insanlara atəş açmağa başlayıb.

Qeyd edilir ki, nəticədə dörd nəfər ölüb, daha beş nəfər yaralanıb. Ölənlər arasında bir polis əməkdaşı var.

Hazırda faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS