Şotland futbolçu Azərbaycan klubunda?

Şotland futbolçu İan Davidson karyerasını Azərbaycanda davam etdirə bilər.

ANS PRESS-in məlumatına görə, 31 yaşlı mərkəz yarımmüdafiəçisi ölkəmizdən təklif alıb.

Davidson son 3 ildə formasını geyindiyi Şotlandiyanın “Dandi” klubu ilə yollarını ayırıb. Onun хidmətində Türkiyənin “Kayseri Ərciyəsspor” və adı açıqlanmayan Azərbaycanın bir klubu maraqlıdı. Davidson hələ qərarını verməyib.

Qeyd edək ki, 2012-ci ildən “Dandi”də çıхış edən Davidson 85 oyun keçirib və 1 qol vurub. 31 yaşlı yarımmüdafəiçi əvvəllər Şotlandiyanın “Breşin Siti”, “Rait Rovers” və İngiltərənin “Skarboruq” klublarında çıхış edib. …read more

From:: ANS