“Qanlı Yanvar” daha bir məktəbdə (FOTO)

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin adını daşıyan 44 saylı orta məktəbdə Vahid Mustafa Yevin rejissoru olduğu “Qanlı Yanvar” filminin təqdimatı olub.

ANS PRESS-in məlumatına görə, məktəbin yuxarı sinif şagirdləri filmə baxıblar. “Qanlı Yanvar”ın təqdimatında filmin baş prodüsseri Mir Şahin Ağayev, filmdə iştirak etmiş aktyor və aktrisalar, Milli Qəhrəman Mübariz İbrahimov adına “Gənc nəqliyyatçılar” klubunun sədri Fuad Rəsulov, mətbuat katibi Rəşad Kəsəmənli də iştirak ediblər.

Filmə baxılandan sonra Mir Şahin Ağayev şagirdlərin suallarına cavab verib. O qeyd edib ki, Azərbaycan kinomatoqrafiyası böhran içərisindədir:

“Vahid Musatafa Yev isə çəkdiyi filmlərlə bu böhranı aradan qaldırır. Uzun illər yanvar hadisələri insanların üzərinə qoşun yeridilməsi kimi təqdim edilib. Amma Vahid Mustafa Yevin bu hadisələrə baxışı tamamilə doğrudur. Əgər o, bu münasibəti illər əvvəl göstərsəydi, insanların da 20 yanvar hadisələrinə münasibəti tam fərqli olardı”.

Çıxış edən direktor Samirə Əkbərova “Qanlı Yanvar” filmindən danışarkən filmdən çox təsirləndiyini bildirib. Daha sonra o, filmin rejissoru Vahid Mustafa Yevi və baş prodüsseri Mir Şahin Ağayevi məktəbin fəxri üzvləri elan edib. Sonda Mir Şahin Ağayevə, filmdə çəkilmiş aktrisa və aktyorlara fəxri fərmanlar təqdim edilib.

Təqdimatın yekununda Rəşad Kəsəmənli filmdə iştirak edən aktyorların da öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini bildirib. O, “Qanlı Yanvar” filminə görə Vahid Mustafa Yevə və aktyorlara təşəkkürünü bildirib.

…read more

From:: ANS