Deputatlarımız Romada İslamdan danışacaq

Bu gün Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçiriləcək.

Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, tədbirdə Milli Məclisin deputatları Əli Hüseynli, Azər Kərimli, Qüdrət Həsənquliyev, Mixail Zabelin və Yevda Abramov iştirak edəcəklər.

Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü və İtaliya Senatının dəstəyi ilə Azərbaycan Milli Məclisi tərəfindən təşkil edilmiş bu konfransda islam ənənələri mövcud olan dövlətlərdə müsəlmanların, xristianların və yəhudilərin birgə yaşayışı ilə bağlı hazırkı vəziyyət barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Tədbirdə Azərbaycan, İtaliya, Vatikan Dövləti və digər ölkələrin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat müəssisələrinin və mərkəzlərinin nümayəndələri iştirak edəcəklər. …read more

From:: ANS