Bazar günü Bakı heyrətləndirəcək

Bakı 2015 bazar günü, mayın 17-də oyunların bir gününü canlandırmaqla, Avropa Oyunları zamanı əməliyyatlara hazırlığı sınaqdan keçirəcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BAOƏK) ANS PRESS-ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində – 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Buna səbəb isə, iyunun 12-də start götürəcək Avropa Oyunları üçün, Bakı 2015-in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır.
Bakı 2015 Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

– Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;
– Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri;
– Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları. …read more

From:: ANS