305 kq arıqladı və … (FOTO)

305 kiloqram arıqlayan adam nişanlısı ilə gəzinti zamanı çəkdirdiyi şəkil müzakirə mövzusuna çevrilib.

ANS PRESS-in məlumatına görə, 54 yaşlı britaniyalı Pol Meyson gələcək həyat yoldaşı 41 yaşlı Rebekka Mauntin ilə Nyu-York parkında şəkil çəkdirib. Cütlük Amerikaya Pol Meysonun əməliyyat olunması üçün gəlib. Dünyanın keçmiş ən kök adamı burada artıq dərisinin götürülməsi üçün əməliyyat olunub. Onun bədənindəki 21 kiloqram artıq dəri götürülüb. Lakin Pol ən azı bir dəfə də belə bir əməliyyata girməlidir.

Xatırladaq ki, Pol Meyson 445 kiloqram olarkən facebook-da 41 yaşlı Rebekka Mauntinlə tanış olub. Onların skype-da ilk söhbəti isə saatlarla davam edib. Bundan sonra Pol arıqlamaq qərarına gəlib və 5 il ərzində 305 kiloqram artıq çəki itirib.

…read more

From:: ANS