Pulla dolu çuvallar partladı (FOTO)

Hava limanında içi pulla dolu çuval partladı. ANS PRESS-in məlumatına görə, bu hadisə Türkiyədə – paytaxt Ankarada baş verib.

Saat 22.30-da İstanbuldan uçan sərnişin təyyarəsinin karqosunda Mərkəzi Banka aid içi pulla dolu 170 çuval olub. Sərnişinlər endikdən sonra çuvalları karqo maşını ilə daşımaq istəyiblər. Bu zaman çuvallardan ikisi hava limanında, təyyarənin eniş zolağında yerə düşərək dağılıb. Nəticədə pullar yola dağılıb.

Hadisə yerinə gələn hava limanı əməkdaşları, polislər tapa bidirkləri pulları toplayaraq yenidən sellofan torbalara yığıblar.
Daha sonra pullar əksik olub-olmadığının yoxlanması üçün polis bölməsinə aparılıb.

Pullar sayıldqdan sonra İstanbula, oradan isə Sürixə göndəriləcək.

…read more

From:: ANS