Ölümdən qayıdan aktyor klub rəhbəri oldu

Uzun müddət səhhəti ilə əlaqədar problemlər yaşayan məşhur aktyor artıq diqqətini başqa sahəyə ayırıb.

ANS PRESS-in məlumatına görə, Bodrumda Gümüşlük məhəlləsində faydalı işlərlə məşğul olmağa başlayan tanınmış aktyor Nejat İşler orada kitabxana açmasından sonra, bu dəfə isə “Gümüşlükspor” klubunun rəhbəri seçilib.

O, ötən gün Bodrumun bələdiyyə sədri Mehmet Kocadonla görüşüb və planlarından, görəcəyi işlərin Gümüşlükdə yetişən gənclər üçün faydalı olacağına inandığını dilə gətirib.

Bələdiyyə sədri də ona öz təşəkkürünü bildirərək, ona hər zaman dəstək olacaqlarını vurğulayıb.

Qeyd edək ki, ötən il ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan N.İşlerin bu müddətdə qan dövranınının pozulması səbəbindən sağ əl barmaqlarında göyərmələr başlamış və onlar amputasiya edilmişdi. …read more

From:: ANS