Qondarma xəlifə Bağdadi üzə çıxdı

İŞİD terror təşkilatı liderləri Əbu Bəkr əl-Bağdadiyə məxsus olduğu iddia edilən audio-müraciət yayıb.

ANS PRESS-in məlumatına görə, bu son aylardan bəri İŞİD liderinin ilk belə mesajıdır.

O bu müraciətində də müsəlmanları silaha sarılmağa və Suriya, İraq ərazilərində elan edilmiş “Xilafət”ə mühacirət etməyə çağırıb. Mesajda həmçinin Səudiyyənin bu yaxınlarda Yəməndə keçirdiyi hava reydlərindən də söz açılır və Səud ailəsi lənətlənir.

Audiomesaj qrupun əl-Furqan media qolu tərəfindən bir neçə internet saytda yayılıb. Səs təhlilçiləri mesajın Bağdadiyə məxsus olduğunu bildirsələr də bu, rəsmən təsdiq edilməyib.

Qeyd edək ki, ABŞ-ın komandanlığı altında koaliysiyanın hava zərbələrindən bu yana Bağdadidən xəbər yox idi. İraq Daxili İşlər Nazirliyi aprel ayında Bağdadinin koalisiyanın raket zərbəsindən ağır yaralandığını bildirmişdi. Lakin bu xəbərdə öz təsdiqini tapmamışdı. …read more

From:: ANS