Ermənistan təcavüzkardır

Amerikanın populyar “Jewish News Service” (JNS) saytında beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun “Ermənistanda antisemitizm: birbaşa və aşkar təhdid” sərlövhəli məqaləsi dərc edilib.

Ermənistanda millətçilik və antisemitizm probleminə həsr olunmuş bu məqalənin müəllifi yazır ki, Ermənistanda antisemitizm və ksenofobiya mif deyil, kədərli reallıqdır. Arye Qut yazır: “Ermənistanda azlıq təşkil edən yəhudilərin sayı və yəhudi xalqının oradakı irsi Sovet İttifaqı dağılandan sonra kəskin şəkildə azalıb. Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və bu ölkənin hələ də davam edən iqtisadi iflası yəhudiləri Ermənistandan qaçmağa məcbur edib. Cəmi 20 il ərzində Ermənistanın yəhudi əhalisinin sayı azalaraq 5000 nəfərdən bir neçə yüz nəfərə enib”.

Müəllif qeyd edir ki, Ermənistanda yəhudilərə qarşı “mədəni zorakılıq” tətbiq olunur: antisemit məzmunlu kitablar nəşr edilir, televiziyada bu ruhda verilişlər yayımlanır, Yerevanda Holokost qurbanlarının memorial lövhəsi dəfələrlə murdarlanıb. İsrailli ekspert yazır: “Tamamilə aydındır ki, başqa ölkələrdə də əhalinin bir hissəsinin nadanlığı üzündən belə faktlar baş verir. Ermənistanda isə antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin və Ermənistanın KİV nümayəndələrinin baxışlarının ayrılmaz tərkib hissəsinə çevrilib. 2004-cü ildə iqtidarpərəst radio verilişinin aparıcılarından biri dalbadal bir neçə ay ərzində antisemit əhval-ruhiyyəli çıxışlar edərək, Ermənistanda bu əhval-ruhiyyəni yayırdı. Ermənistanın tanınmış siyasətçilərindən biri tam sərbəst şəkildə yəhudilərə qarşı sensasiyalı təhqiramiz xarakterli bəyanatlarla çıxış edirdi, son nəticədə Ermənistan hökuməti ictimai rəylə hesablaşmağa, həmin siyasətçiyə qarşı tədbirlər görməyə və onu həbsə almağa məcbur oldu.

Antidiffamasiya Liqasının 2014-cü ilin iyun ayında apardığı sonuncu rəy sorğusu göstərib ki, Ermənistanda antisemitizm səviyyəsi (58 faiz) öz miqyasına görə bütün Avropada üçüncü, postsovet məkanında və Şərqi Avropa ölkələri arasında isə ən yüksək olub. Məqalənin müəllifi yazır: “Beləliklə, Ermənistanın 2,2 milyon sakinindən təxminən 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır. Ermənistanda antisemitizmin bu yüksək səviyyəsini yalnız Yaxın Şərqdə İsrailə düşmən olan ərəb ölkələrindəki vəziyyətlə müqayisə etmək olar. Antidiffamasiya Liqası tərəfindən aparılmış sorğunun nəticələrinə görə, ermənilərin 63 faizi yəhudilərə onların davranışına görə nifrət edir, ermənilərin 45 faizi hesab edir ki, yəhudilər …read more

From:: ANS