Azarkeşlər qapını evə aparmaq istədi (FOTO)

İqor Kolomoyskiyə aid “Dnepr” komandasının fanatları paytaxtın “Olimpiyski” stadionu talan ediblər.

ANS PRESS-in məlumatına görə, komandaları Çempionlar liqasının cavab yarımfinal görüşündə “Napoli” üzərində qələbə qazandıqdan sonra (1:0) azarkeşlər stadionu tutublar.

Fanatlar əvvəl qapını hissələrə bölüb suvenir kimi evlərinə aparmaq istədilər. Daha sonra stadion oturacaqlarını yerindən çıxararaq rəqib komandanın azarkeşlərinə tullamağa başlayıblar.

Yaranan vəziyyəti yatırtmaq üçün hüquq mühafizə orqanları müdaxilə edib.

…read more

From:: ANS