Hər insanın imzası özünəməxsusdur (VİDEO)

Bir çox cinayətlər araşdırılan zaman ekspertizanın müraciət etdiyi amillərdən biri də araşdırdığı şəxsin əl yazısıdır. Bəs insan xətti və imzası ilə kriminalistik ekspertizalar necə aparılır?

ANS TV-nin məlumatına görə, cəmiyyətdə bir-birinə bənzər insan var. Amma onların nə xətti, nədə imzası oxşar olmur. Vaxtilə cəmiyyəti yazını ünsiyyət vasitəsi kimi gündəlik həyatına qəbul etməklə, bir çox işi yüngülləşdirməyə nail oldu.

Zaman ötdükdə hər bir şəxsin kimliyini təsdiq edən imzalar da ortaya çıxdı. Amma texnologiya inkişaf etdikcə, insan əlinin əməyi, beynin məhsulu olan yazıya təlabat azaldı.

Xəttlər və imzalar üzərində aparılan çoxsaylı araşdırmalar zamanı hər bir şəxsin xaraketrinə uyğun xəttə və imzaya sahib olduğu müəyyən edilib.

Xəttlərlə bağlı hüquq-mühafizə orqanlarında da geniş təhlillər keçirilib. Müddət ötdükcə, kriminalistik təhqiqatlar zamanl xətt və imzaların yolxanılması həyata keçirildi. Xəttşünaslıq adlanıan bu sahə, istənilən cinayət zamanı istifadə predmeti kimi qəbul edilir.

Kriminalistik təhqiqatlar zamani şübhəli şəxsdən, bir neçə xətt növlü yazı götürülür. Və hadisə zamanı ələ keçirilən yazıyla eyniləşdirilməsi həyat keçirilir.

“Həmin şübhəli şəxsə məxsus həm sərbəst xətt və imza, həm də ekspermenital xətt və imza nümunələri götürülür. Və onlar kriminalistlərə müstəntiq tərəfindən xüsusi qərarla təqdim olunur. Həm xəttdə, həm də imzada azından on və ondan yuxarı xüsusi əlamətlər tapılmalıdır ki, müəyyən, yəni konkrek rəyə gələsən. Bu xətt kimi tərəfindən icra olunub və ya bu imza həqiqətən şübhəli şəxs tərəfindən icra olunubdur”, – deyə sabiq polis rəisi Mahmud Hacıyev bildirib.

Bundan əlavə kriminalistlər həmin insanın, yəni şübhəli şəxsin bir neçə il öncə yazdığı yazı ilə son xəttini eyniləşdirərək müəyyən bənzərlikləri ayrıd edirlər.

Bir insan imzası və ya yazısı şəraitdən aslı olaraq fərqlənə də bilər. Amma ona məxsus xüsusi işarələr istər-istəməz özünü biruzə verə bilir.

“İmzada son bucaq deyilən bir yer var. Belə ki, hər hansı bir şəxsin imzasına diqqət edilsə görərsən ki, bir qrup insan imzanın yuxarı, digər bir qrup insan isə imzanın aşağı və sonuna əlavə bir ştrix qoyur”, – deyə sabiq …read more

From:: ANS