Futbol şərhçiləri studiyada yallı getdi, amma… VİDEO

Türkiyə “Spor Toto” super liqasının 31-ci həftəsində “Beşiktaş” – “Akhisar Belediyespor” qarşılaşması baş tutub.

ANS PRESS-in məlumatına görə, 1-1 hesabla bərabərə qalan qarşılaşmanın 90+4-cü dəqiqəsində qəribə bir hadisə baş verib.

“Beşiktaş” klubunun rəsmi “BJK” kanalında futbolu şərh edən aparıcılar son anda vurulan qolun sevinci ilə qışqıraraq ayağa qalxıb, bir-birlərini qucaqlayaraq studiyada yallı gediblər.

Sonradan aparıcıların quıaqlıqlarına gələn xəbərdarlıqla ofsayt vəziyyəti olduğundan qolun sayılmadığı bildirilib və studiyada dərin səssizlik yaranıb.

Qeyd edək ki, qarşılaşma 1-1 hesabla bərabərə başa çatıb.

Həmin video-çarxı ANS PRESS oxucularına təqdim edirik:

…read more

From:: ANS