Elnur Hüseynovun çıxışı belə olacaq (VİDEO)

“Eurovision-2015” mahnı müsabiqəsində builki təmsilçimiz olan Elnur Hüseynov ötən gün ilk rəsmi məşqinə çıxıb.

ANS PRESS-in məlumatına görə, “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ifaçıların Vyana səhnəsində birinci rəsmi məşqi başlayıb.

Azərbaycan təmsilçisi Elnurla birlikdə səhnədə bir qız-bir oğlan olmaqla, iki rəqqas yer alıb.

Təmsilçimizin əsas məqsədi mahnının ideyasını, yəni, “hər ürək üçün vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.

Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada “Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.

…read more

From:: ANS