Şok! Bakıda ləvəngidən qurd çıxdı (VİDEO)

Bakıda ləvəngi alan vətəndaş xoş olmayan surprizlə üzləşib.

ANS TV-nin məlumatına görə, Azər Gəncəliyev axşam saatlarında işdən evə qayıdarkən Sabir küçəsində yerləşən obyektdən təndir məhsulu almaq qərarına gəlib. O, 7 manat ödəyərək ləvəngi alıb.

Azər aldığı ləvəngini yeyərkən həyatının şokunu yaşayıb. Belə ki, o, qida məhsulunu bir az yedikdən sonra xoş olmadığı suprizlə üzləşib. Onun aldığı toyuq məhsulunun içərisindən qurd çıxıb. Və gördüyü bu faktı da öz mobil telefonuna çəkib.

Müsahibim dediyinə görə, o, hər dəfə evə qayıdarkən qidalanmaq üçün müxtəlif azuqələr alır. Bir neçə dəfə ləvəngi aldığı obyektdən də azuqələr alıb.

“Ləvənginin içərisində qurdu görəndən sonra diskindim. Hazırda bir sutkadır ki, qida qəbul edə bilmirəm. Geçəni isə yatmamışam, özümü yaxşı hiss etmirəm. Bundan sonra ləvəngi aldığım yerə yaxınlaşdım. Amma onlar ləvəngi həmin obyektdən aldığımı inkar etdilər”, – deyə sakin Azər Gəncəliyev bildirib.

Zərərçəkmişin qarşılaşdığı vəziyyətlə bağlı Respublika Gigiyena və Epidomiologiya Mərkəzinə üz tutduq. Qurumun şöbə müdiri bildirdi ki, buna görə şikayətçi mərkəzə yazılı müraciət etməlidir. Qaldı kı, bununla bağlı hansı tədbirlərin görülməsinə?

“Son dövürlər ləvənginin təndirdə hazırlanması dəb halını alıb. Amma onlar başa düşməlidirlər ki, ləvəngini təndirdə hazırlayarkən ancaq sifariş əsasında hazırlamaq olar. Ləvənginin təndirdə hazırlayıb onun 3-4 sutka saxlamaq olmaz. Görünür uzun müddətmiş ki, hazırlanan ləvəngi satılmayıb”, – deyə şöbə müdiri İmran Abdullayev fikrinin açıqlayıb.

Bundan sonra bizə müraciət edən Azər Gəncəliyev Respublika Gigiyena və Epidomiologiya Mərkəzinə yazılı olaraq müraciət etdi.

Əgər göstərilən fakt öz təsdiqini taparsa, obyekt rəhbərliyi cəzalanadırılacaq.

…read more

From:: ANS