“Qarabağ”ın məğlub etdiyi komanda Avroliqanın finalında (VİDEO)

Bu gecə Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.

ANS PRESS-in məlumatına görə, keçirilən iki oyunda Avroliqanın finalçıları müəyyənləşib.

“Napoli””Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr”in qonağı olub. Səfərdə keçirilmiş ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Ukrayna klubu finala çıxmaq üçün yaxşı şansa malik idi. Cavab görüşündə “Dnepr” qələbə qazanmaqla adını finala yazdırıb.

“Qarabağ” qrup mərhələsində Kiyevdə “Dnepr”i 1:0 hesabı ilə məğlub etmişdi.

Avropa Liqasının son qalibi “Sevilya” isə “Fiorentina”nın qonağı olub. İspanlar ilk qarşılaşmada rəqibin qapısına üç cavabsız qol vurduğundan cütün favoriti hesab olunurdular. Cavab oyunda isə 2 qol vuran “Sevilya” finala çıxıb.

Qeyd edək ki, mayın 27-də Varşavada keçiriləcək finalda “Dnepr” “Sevilya” ilə qarşılaşacaq.

14 may
Avropa Liqası, yarımfinalın cavab oyunları:

“Dnepr” (Ukrayna) – “Napoli” (İtaliya) 1-0
(İlk oyun -1:1)

“Fiorentina” (İtaliya) – “Sevilya” (İspaniya) 0-2
(İlk oyun 0:3)
…read more

From:: ANS