Susuzluqdan öz ifrazatlarını içdilər (FOTO)

Myanmadan olan yüzlərlə miqrant Andaman dənizindəki qayıqda bir həftə ərzində susuz və yeməksiz qalıb.

ANS PRESS-in məlumatına görə, qayıqda 10 nəfərin öldüyü bildirilir.

Onlar əlacsızlıqdan öz sidiklərini içməli olublar. Müsəlman rohingya azlığından ibarət təxminən 350 nəfəri daşıyan balıqçı qayığının Taylanda girişinə icazə verilməyib.

Qayığın göyərtəsində olanlar BBC-yə bildirib ki, ekipaj onları tərk edib və mühərriki sıradan çıxarıblar. Onların sözlərinə görə 10 nəfər ölüb – onların cəsədləri dənizə atılıb.

Bir neçə min insanın hələ də Tayland və Malayziya sahillərində qayıqlarda qaldığı güman edilir. Onların əksəriyyəti rohingya müsəlmanlarıdır və Myanmaya geri qayıda bilmirər. Onlar orada ölkə vətəndaşları kimi tanınmayıb və davamlı olaraq təqiblərə məruz qalırlar.

BBC müxbiri Conatan Hid Taylandın cənub sahillərindəki gəmidə baş verən dəhşəti belə anladır: “Vəziyyət acınacaqlıdır. İnsanlar bizi çağırır və yemək və sudan ötrü yalvarırlar. Göyərtədə çoxlu qadın və uşaq var. Bu, çox köhnə balıqçı gəmisidir və insanlarla doludur. Biz insanların butulkalarda öz sidiklərini içdiyini görə bilirik. Biz onlara su atmışıq – əlimizdə olan hər şeyi”.

Qeyd edək ki, 50 qadın və 84 uşaqdan ibarət miqrantlar iki aydır ki, dənizdədirlər, lakin ekipaj tərəfindən tərk edildikdən və çalışmayan mühərriklə qayıq buraxıldıqdan sonra onların vəziyyəti kritik həddə çatıb.

…read more

From:: ANS